Jurnal haqqında

Su sektorunun müasir problemlərinin və konseptual məsələlərinin əks olunması  məqsədi ilə “Azərsu” ASC tərəfindən “Su problemləri: elm və texnologiyalar” adlı elmi jurnal təsis edilmişdir. Jurnal 3961 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə daxil olunmuşdur. “Su problemləri: elm və texnologiyalar” jurnalında əsasən su sektorunun müasir problemlərini və su təsərrüfatının ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Jurnalın redaksiya heyətini ölkəmizin və digər ölkələrin nüfuzlu alimləri təşkil edir.

Jurnalda 4 dildə – Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc edilir. Redaksiyaya təqdim edilən əlyazmaların dərc edilib-edilməməsinə resenzentlərin rəyindən sonra növbəlilik prinsipi əsasında qərar verilir. Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları eksklyuziv olaraq “Su problemləri: elm və texnologiyalar” jurnalına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

Jurnalda nəşr edilən məqalələr aşağıdakı mövzuları əhatə edir:

Azərbaycanda su sektorunda fəaliyyət göstərən qurumlarda, ali təhsil müəssisələrində, elmi mərkəzlərdə çalışan, eləcə də xarici ölkələrdən olan alim və mütəxəssislər jurnal ilə əməkdaşlıq edə bilərlər.

 

Redaksiya heyəti:

Yaşar Kəlbiyev – baş redaktor, iqtisad elmləri doktoru, prof.

Adışirin Ələkbərov – baş redaktorun müavini, geologiya-minerologiya elmləri doktoru

Teyyub Cabbarov  – “Azərsu” ASC-nin sədrinin birinci müavini

Köçərli Həsənov  – “Azərsu” ASC-nin sədrinin istismar üzrə müavini

Mahir Məmmədov – “Azərsu” ASC-nin sədrinin iqtisadi məsələlər üzrə müavini

Seymur Seyidov – “Azərsu” ASC-nin sədrinin tikinti üzrə müavini

Etibar Məmmədov – Azərsu” ASC-nin sədrinin müavini – “Birləşmiş Sukanal” MMC-nin direktoru

İlqar Tağıyev  – “Azərsu” ASC-nin sədrinin ümumi məsələlər üzrə müavini

Çingiz Abdullayev – kultrologiya elmləri doktoru, prof., Azərbaycan

Firuz Bəşirov – texnika elmləri doktoru, prof., Azərbaycan

Elşad Cavadzadə – texnika uzrə fəlsəfə doktoru, Azərbaycan

Pierre Cantrel – Fransanın su uzrə Beynəlxalq İdarəsinin Beynəlxalq əməkdaşlıq Departamenti, Fransa

Covan Despotovic – Belqrad Universiteti, Serbiya

Fazil Əbilov – texnika elmləri doktoru, Azərbaycan

Fərda İmanov – coğrafiya elmləri doktoru, prof., Azərbaycan

Murad İmanov – riyaziyyat elmləri doktoru, Azərbaycan

Yusif İsrafilov – geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan

Rəşail İsmayılov – coğrafiya uzrə fəlsəfə doktoru, Azərbaycan

Asif Kəngərli – texnika uzrə fəlsəfə doktoru, Azərbaycan

Elçin Qurbanov – fizika uzrə fəlsəfə doktoru, Azərbaycan

Nidal Salim – Beynəlxalq Su, Ətraf Muhit və Sağlamlıq İnstitutunun baş direktoru, İsveçrə

Oleq Podolnıy – geologiya-minerologiya elmləri doktoru, prof., Qazaxıstan

Həsən Sarıkaya – Beynəlxalq Sarayevo Universitetinin şura sədri, prof., Bosniya və Hersoqovina)

Eniko Anna Tamas – Hidravlika Muhəndisliyi və Su İnstitutunun professoru, Macarıstan

İslam Tağıyev – geologiya-minerologiya uzrə fəlsəfə doktoru, Azərbaycan

İqor Zeqtser – geologiya-minerologiya elmləri doktoru, prof., Rusiya