Müəllif qaydaları

Müəlliflər üçün jurnal haqqında ümumi məlumat

Jurnal haqqında: “Su problemləri, elm və texnologiyalar” jurnalı resenziyalı elmi nəşr olmaqla 2014-cü ildə “Azərsu”ASC sədrinin №226 15 may 2014-cü il tarixli əmri əsasında təsis edilmişdir.

Jurnalın elmi missiyası: “Su problemləri, elm və texnologiyalar” jurnalında əsasən su sektorunun müasir problemlərini və su təsərrüfatının ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir.

Jurnalın dili: Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir.

Əlyazmaların resenziyalaşdırılması: Redaksiyaya təqdim edilən əlyazmaların dərc edilib-edilməməsinə resenzentlərin rəyindən sonra növbəlilik prinsipi əsasında qərar verilir.

Müəlliflik hüquqları: Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları eksklyuziv olaraq “Su problemləri, elm və texnologiyalar” jurnalına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

Məqalələrin tərtibi qaydaları

Əlyazmanın strukturu və həcmi:

  1. Məqalələrdə müəllif (və ya müəlliflərin) soyadı tam, adı və atasının adının baş hərfləri, e-mail ünvanları və təqdim olunan işin yerinə yetirildiyi təşkilatın   adı göstərilməlidir.
  2. Məqalənin mətni aşağıdakı hissələrdən ibarət olmalıdır: annotasiya (10 sətrdən artıq olmamaq şərti ilə ingilis və rus dillərində), açar sözlər (5-7 söz), giriş, istifadə edilən tədqiqat materialları və metodika, tədqiqatların şərhi, nəticə və ədəbiyyat siyahısı.

Mətn 8-10 səhifə həcmindən artıq olmamaqla  (cədvəl və şəkillər daxil) Microsoft WORD proqramında (versiya 2003-2007) Times New Roman, 12 ölçülü şriftlə, 1.0 interval və 1.25 sm abzas buraxılışı ilə A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır:

Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin üstündə verilməlidir. Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2).       Düsturlar mətndə Equation Editorla göstərilir. Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir. Mətndə ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə göstərilir [1]. Ədəbiyyat siyahısı əlifba sırası ilə 12 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.

 

Tərtibat nümunəsi

Su təchizatı və kanalizasiya……

Məmmədov E.A1., Əliyev S.Ə2.

1“Azərsu” ASC, Bakı şəhəri, mammadov@…

2AMEA Geologiya Institutu, Bakı şəhəri, aliyev@…

Abstract. The paper….

Аннотация. Статья……

Açar sözlər: Su mənbələri, içməli su, suyun keyfiyyəti, kanalizasiya şəbəkəsi

Giriş

Müasir dövrdə Azərbaycanda………

Tədqiqatlarda istifadə edilən materiallar və metodika

Məqalədə……….

Tədqiqatların şərhi

Su təchizatı sistemləri……….

Nəticə

Beləliklə, təhlil nəticəsində……..

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı aşağıdakı qaydada tərtib olunmalıdır:

1. Rüstəmov S.H. Azərbaycan SSR-nin çayları və onların hidroloji xüsusiyyətləri. Baкı, Elm, 1960, 196 s.

2. Геология Азербайджана. Том VIII. Гидрогеология и инженерная геология. Баку, “Nafta-Press”, 2008, 380 c.

3. Dakova S. Low flow and drought spatial analysis. BALWOIS Conf., Ohrid, Macedoniya, May 2004, p. 25-29.

Məqalələr çap formasında 2 nüsxədə və elektron şəkildə redaksiyaya (AZ 1012, Bakı, Azərbaycan, Moskva prospekti, 73) təqdim edilməlidir.
Əlaqələndirici şəxs: Rəşail İsmayılov
Telefon: (+99412) 430-08-25/35 (daxili 2737)
E-mail: rashail.ismayilov@azersu.az