“Sukanal” ETLİ-nin əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

11.02.2021

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş bir qrup gənci mükafatlandırıb. Onlar AHİK tərəfindən təsis edilmiş “İlin peşəkar gənci” fəxri adına layiq görülərək Fəxri Diplom və döş nişanları ilə təltif ediliblər.

Təltif olunanlar arasında “Sukanal” ETLİ-nin Doktorantura şöbəsinin Metodisti Pərvanə Xıdırova da  vardır.