Doktorantura

İnstitutda hazırlanmış kadrların Azərbaycan Respublikasının yaşayış məntəqələrinin  su təchizatı mənbələrinin tədqiqində, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların yaradılmasında və onların elmi cəhətdən araşdırılmasında çox böyük xidmətləri olmuşdur. İnstitutun fəaliyyəti dövründə 10 elmlər doktoru və 40-dan çox fəlsəfə doktoru(elmlər namizədi) hazırlanmışdır. Son illərdə institutun əməkdaşları tərəfindən 1 elmlər doktoru və 6 fəlsəfə doktoru dissertasiyası  müdafiə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2017-ci il tarixli  297 nömrəli qərarına əsasən “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatlar siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129 №-li 01 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan mütəxəssislər) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

“Sukanal” ETLİ-də fəlsəfə doktoru üzrə doktoranturaya və dissertanturaya qəbul Nazirlər Kabinetinin təsdiqlədiyi plana əsasən aparılır.  İnstitutda təhsilin doktorantura pilləsi üzrə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır: