Elmi kadrların hazırlanması

Elmi_tedqiqat

İnstitutda hazırlanmış kadrların Azərbaycan Respublikasında yaşayış məntəqələrinin  su təchizatı mənbələrinin tədqiqində, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların yaradılmasında və onların elmi cəhətdən araşdırılmasında çox böyük xidmətləri olmuşdur.

İnstitutda yüksək ixtisaslı mühəndislərin hazırlanmasına xüsusi diqqət yetirilir. Ümumiyyətlə, institutun fəaliyyət göstərdiyi illər ərzində 10 elmlər doktoru və 40-dan çox elmlər namizədi və fəlsəfə doktoru kadrları hazırlanmışdır.

Son illərdə institutun əməkdaşları tərəfindən bir elmlər doktoru və 6 fəlsəfə doktoru dissertasiyası  müdafiə edilmişdir.

Hazırda institutda 3 elmlər doktoru, 8 fəlsəfə doktoru elmi dərəcəli işçi çalışır.

İnstitutun 2 əməkdaşı elmlər doktoru dissertasiyası, 16 əməkdaşı isə fəlsəfə doktoru dissertasiyası üzərində çalışır.

İnstitutun əməkdaşları  5-ci (İstanbul), 6-cı (Marsel) 7-ci (Koreya)  Dünya Su Forumlarının, ABŞ, Fransa, Koreya, Almaniya, Türkiyə, Niderland, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Rumıniya, Polşa, Macarıstan, Litva və digər ölkələrdə keçirilən beynəlxalq su sammitlərinin, konqreslərin, konfrans və seminarların aktiv iştirakçısıdır.

İnstitutun əməkdaşları 2013-cü ildən başlayaraq “Azərsu” ASC-nin təşkil etdiyi və beynəlxalq təşkilatların, dünyanın müxtəlif ölkələrində su sektoru sahəsində fəaliyyət göstərən şirkətlərin, elm mərkəzlərinin, ali məktəblərin, dövlət qurumlarının  alim və mütəxəssislərinin böyük maraq göstərdiyi və iştirak etdiyi Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və Konfranslarının (CATEC)  təşkilatçılarındandır.