İmanov Fərda Əli oğlu

Ferda Imanov

Coğrafiya elmləri doktoru

 

1957-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1979-cu ildə Leninqrad Hidrometeorologiya İnstitutunu bitirmişdir.

1979-1981-ci illərdə  AMEA-nın Coğrafiya İnstitutunda baş laborant;

1985-1990-ci illərdə Leninqrad Hidrometeorologiya İnstitutunun Qurunun hidrologiyası kafedrasında baş elmi işci;

1991-1992-ci illərdə  Leninqrad Hidrometeorologiya İnstitutunun Qurunun hidrologiyası kafedrasında  assistent;

1998-ci ildən coğrafiya elmləri doktoru;

1993-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasında  baş müəllim,

2003-cü ildən Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasında professor,

2005-2016-ci illərdə  Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının müdiri;

2011-2016-cı illərdə  Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinin dekanı vəzifəsində çalışmışdır.

225 elmi əsərin və 10-dan artıq dərslik və monoqrafiyanın müəllifidir.

Ailəlidir. İki övladı var.