İxtisasartırma

Telim_tedris_4Təlim-Tədris Mərkəzi yarandıği tarixdən aktiv fəaliyyətə başlayıb.

“Azərsu” ASC Təlim-tədris mərkəzi fəaliyyətdə olduğu 2012-ci il müddətində Cəmiyyətdə təlim sisteminin qurulması, kadr hazırlığı və qısamüddətli təlimlərin keçirilməsi yönündə əməli addımlar atmışdır.  Mərkəzin fəaliyyətinin ilk günlərindən etibarən “Azərsu” ASC-nin cari kadr vəziyyəti və təşkilati strukturu öyrənilmişdir.

Təlim ehtiyaclarının müəyyənləşdirilməsi üçün statistika hazırlanmış, prioritetləşdirmə aparılmışdır. Normativ-hüquqi sənədlər əsas alınaraq bütün fəhlə peşələri üzrə bilik kriteriyaları hazırlanmışdır.  Əsas mühəndislik ixtisasları üzrə “Azərsu” ASC-nin ehtiyacı öyrənilmiş və təlim mövzuları müəyyənləşdirilmişdir

2012-ci “Azərsu” ASC tərəfindən 21 təlim təşkil olunmuşdur. Bu təlimlərə ümumilikdə Cəmiyyətin 412 nəfər işçisi cəlb olunmuş, müxtəlif peşə və istiqamətlər üzrə təlimlər keşirilmişdir.

2013-cü ildə təlimlərin təşkili intensivliyi 2012-ci ilə nisbətdə 2 dəfədən cox artaraq 54 təlim təşkil etmişdir. Bu təlimlərdə       Cəmiyyətin 1102 əməkdaşı iştirak etmişdir.

2014-cü il fəaliyyət baximindan çox məhsuldar olmuşdur. Ümumilikdə  2014-cü ildə 105 təlimə Cəmiyyətin  3783 əməkdaşı cəlb edilmişdir. Keçirilən təlimlərin 68-i Bakı şəhərində, 4-ü xarici ölkələrdə, 33-çü isə regionlarda keçirilmişdir. 2014-cü ilin may ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyətində İşlər idarəsinin təşkilatçılığı ilə keçirilən “Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində “Kompleks Təlim Planı” layihəsinin icrasına start verilmişdir

2015-ci ildə Təlim-Tədris Mərkəzi illik fəaliyyətini müəyyənləşdirərək təlimlərə başlamışdir. SUEZ ENVİRONNEMENT AZƏRBAYCAN şirkətinin təlimçiləri tərəfindən müxtəlif  mövzularda təlimlər keçirilmişdir. 2015-ci ilin iyun ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyətində İşlər idarəsinin təşkilatçılığı ilə keçirilən “Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Kompleks Təlim Planı” layihəsinin icrasına start verilmişdir Ümumilikdə 2015-ci ildə 133 təlim keçirilmişdir və bu təlimlərdə 4097 əməkdaş iştirak etmişdir.

Bu təlimlərin 91-i Bakı şəhərində, 9-u xarici olkələrdə, 33-ü isə regionlarda keşirilmişdir. Xarici ölkələrdəki (Yaponiya, Türkiyə, İspaniya, Cənubi Koreya) təlimlərə Cəmiyyətin 21 əməkdaşı ezam edilmişdir.

2016-cı ildə illik təlim proqramına uyğun olaraq təlimlər davam edir.  2016-cı ilin iyun ayının 13-ə kimi 38 təlim keçirilib. Bu təlimlərə “Azərsu” ASC-nin 519 əməkdaşı cəlb olunub. Bu təlimlərin 7-si ölkə xaricində keçerilib.