JURNAL №3/2016

Layout 1Su sektorunun müasir problemlərini və konseptual məsələlərini öyrənmək məqsədi ilə “Azərsu” ASC tərəfindən “Su problemləri, elm və texnologiyalar” adlı elmi jurnal təsis edilmişdir.

“Azərsu” ASC-nin idarə və müəssisələrində, habelə  Azərbaycanda su sektorunda fəaliyyət göstərən digər qurumlarda, ali təhsil müəssisələrində, elmi mərkəzlərdə çalışan, eləcə də xarici ölkələrdən olan alim və mütəxəssislər jurnal ilə əməkdaşlıq edə bilərlər.

 

 

Jurnalda nəşr ediləcək məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:

Müəlliflər üçün jurnal haqqında ümumi məlumat

Jurnal haqqında: “Su problemləri, elm və texnologiyalar” jurnalı resenziyalı elmi nəşr olmaqla 2014-cü ildə “Azərsu”ASC sədrinin №226 15 may 2014-cü il tarixli əmri əsasında təsis edilmişdir.

Jurnalın elmi missiyası: “Su problemləri, elm və texnologiyalar” jurnalında əsasən su sektorunun müasir problemlərini və su təsərrüfatının ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir.

Jurnalın dili: Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir.

Əlyazmaların resenziyalaşdırılması: Redaksiyaya təqdim edilən əlyazmaların dərc edilib-edilməməsinə resenzentlərin rəyindən sonra növbəlilik prinsipi əsasında qərar verilir.

Müəlliflik hüquqları: Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları eksklyuziv olaraq “Su problemləri, elm və texnologiyalar” jurnalına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

 

Jurnalın 2016-ci ilin yeni 3-cü nömrəsi ilə buradan tanış ola bilərsiniz.