Laboratoriya

Laborotoriya“Sukanal” Elmi-Tədqiqat və layihə İnstitutunun  Qrunt və su tədqiqatları şöbəsi mühəndis–geoloji axtarış işləri və hidrogeoloji kəşfiyyat zamanı təqdim olunan qrunt nümunələrinin fiziki və fiziki-mexaniki xassələrini (təbii nəmlik, sıxlıq, xüsusi çəki, axıcılıq və diyirlənmə hədləri, məsaməlilik, maksimal molekulyar su tutumu, süzülmə əmsalı, suhopma, həllolma, süxurların sıxılması-proktor, çökmə və şişmə sınağı, biroxlu və üçoxlu sıxılma sınağı, qranulometrik tərkib, təbii meyl bucağı, yerdəyişmə sınağı və. s) təyin edir, onların kimyəvi tərkibini (asan və orta həll olan duzların ümumi miqdarı, quru qalıq, karbonatlar, sulfatlar, xloridlər, codluq-ümumi və daimi, hidrogen göstəricisi-pH, həll olan kationlar, ümumi kimyəvi tərkib) müəyyənləşdirir, çayları, gölləri və digər su hövzələrini potensial çirkləndirən maddələri təyin edir və həmin maddələrin balans hesablamalarını yerinə yetirir. Eyni zamanda şöbə su mənbələrinin ekoloji vəziyyətinin qiymətləndirilməsi, monitorinqi, səth və qrunt sularının  keyfiyyət dəyişikliklərinin proqnozunu verir, su təchizatı sistemlərində mövcud olan sutəmizləyici qurğuların səmərəliliyini təyin edir və texnoloji prosesin müxtəlif mərhələlərində baş verən neqativ dəyişiklikləri aşkar edir, sutəmizləyici qurğuların texnoloji proseslərində istifadə olunan qumu və reagentləri eksperimental üsulla tədqiq edir, mənşəyi məlum olmayan suları və çöküntüləri tədqiq edir və tövsiyələr verir.

“SUKANAL” ETLİ-nin LABORATOR TƏDQİQATLARI

  1. Qruntun əsas fiziki-mexaniki xassələrinin təyini:

– Süxur sıxlığının təyini, ASTM – D 2216;

– Xüsusi çəkinin təyini, ASTM – D 854;

– Süxur nəmliyinin təyini , ASTM – D 2216;

– Plastiklik hədlərinin təyin edilməsi, ASTM – D 4318;

– Şişmənin təyini, ASTM – D 4546;

– Qranulometrik tərkibin təyini, ASTM – D 422;

– Modifikasiyalı  proktor üsulu ilə sıxılma sınağı, ASTM – D 2216,  ASTM – D 854, ASTM – D 422, ASTM – D 1557;

–  Sıxlaşdırılmış  süxur  nümunəsinin  keçiricilik  sınağı,  ASTM  –  D1557,  ASTM – D 2216 , ASTM –D 2434;

–  Gilli  süxurların  sıxlaşdırıldıqdan  sonra  keçiricilik  sınağı,  ASTM  –  D1557,  ASTM – D 2216, ASTM – D 2434;

–  Çaqıl  süxurlarında  topa  halda  gilin  miqdarının  təyini,  ASTM  –  D1557,  ASTM – D 2216.

  1. Qruntların kimyəvi tərkibinin təyini:

– Dəmir-beton qurğularına su mühitinin aqressiv təsirinin dərəcəsinin təyini;

– Qurğulara bərk mühitlərin aqressiv təsirinin dərəcəsinin təyini.

  1. Qruntun mikrobioloji tədqiqi (su təchizatı qurğularına və borulara mənfi təsir göstərə bilən mikroorqanizmlərin təyini).
  1. Su mənbələrinin tədqiqi:

– Suyun keyfiyyətinin ətraf mühit amillərindən və ilin fəsillərindən asılı olaraq   dəyişilməsinin müşahidəsi;

– Çirklənmə dərəcəsinin təyini;

– Sanitar-toksiki monitorinqin aparılması, mümkün dəyişikliklərin proqnozunun  öyrənilməsi;

–  Texnoloji  reqlament  hazırlamaq  məqsədi  ilə  sutəmizləyici  stansiyalarda, qurğularda (mərhələlər üzrə) və layihələndiriləcək su təchizatı sistemlərində  suyun texnoloji analizi;

–  Suyun  şəffaflaşdırılması,  rəngsizləşdirilməsi  üçün  koaqulyant  və  flokulyantların tədqiqi;

–  Suyun  xlorlaşma,  ozonlaşdırılma  və  digər  üsullar  ilə  zərərsizləşdirilməsi  zamanı optimal dozaların təyini;

–  Süzücü  materialların  (qum  süzgəclərinin)  texnoloji  –  laborator  sınaqlarının  keçirilməsi;

  1. Su təchizatı və kanalizasiya sistemləri şəbəkələrinin borularının daxilində əmələ gələn korroziyanın, bioloji örtüklərin mənşəyinin təyini.

 

QRUNTUN TƏDQİQİ VƏ GEOTEXNİKİ İŞLƏR ZAMANI TƏYİN OLUNAN İNQREDİENTLƏR