XƏBƏRLƏR

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı təltif olundu

05.06.2017
IMG_7691

5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı münasibətilə  su təsərrüfatının inkişafında səmərəli fəaliyyət göstərmiş  “Azərsu” ASC-nin bir qrup əməkdaşı “Azərsu” ASC-nin Fəxri fərmanları ilə təltif olunmuşlar.  Təltif olunanlar arasında “Sukanal” ETLİ-nin Su mənbələrinin təqdiqi və işlənməsi şöbəsinin mühəndisi Ceyhunə Məmmədova da vardır. Bu münasibətlə İyunun 5-də keçirilən iclasda İnstututun direktoru, professor…


Ətraflı oxu

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-texniki seminarının növbəti iclası keçirilmişdir.

02.06.2017
IMG_7645

İyunun 2-də  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki seminarının növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə İnstitutun baş elmi işçisi, texnika elmləri doktoru Fazil Əbilov açdı. Sonra Kanalizasiya və yağış suları sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsinin rəisi, Cəfər Cəfərov çıxış edərək Bakı şəhərində mövcud olan kanalizasiya və yağış kanalizasiya kollektorları,  yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə…


Ətraflı oxu

Bakı Ali Neft Məktəbinin Sertifikatları təqdim olundu

30.05.2017
IMG_7610

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqiat və Layihə İnstitutu ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi arasında bağlanmış müqaviləyə əsasən”Sukanal” ETLİ-nin bir qrup əməkdaşına EPLAN Electric P8 proqram təminatı üzrə keçirilmiş təlimlərlər uğurla başa çatmışdır. Mayın 30-da “Sukanal” ETLİ-də  təlimlərin yekunlarına həsr olunmuş görüş keçirilmişdir. Görüşdə  Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması…


Ətraflı oxu

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda qərərgah məşqi keçirilmişdir

15.05.2017
IMG_7549

Mayın 12-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda 2017-ci il üçün Mülki Müdafiə tədbirləri planına uyğun olaraq hərbiləşdirilməmiş Mülki Müdafiə manqaları ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, MM orqan qüvvələrinin xəbərdarlıq və toplanışı” mövzusunda qərərgah məşqi keçirilmişdir. Məşqin keçirilməsində əsas məqsəd təbii fəlakət zamanı içşilərin təhlükəsizliyini qorumaq, xəsarət alanlara ilk tibbi yardım göstərmək və işçiləri təhlükəsiz əraziyə…


Ətraflı oxu

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki seminarının iclası keçirilmişdir.

08.05.2017
IMG_7523

Mayın 5-də  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki seminarının növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə İnstitutun baş elmi işçisi, texnika elmləri doktoru Fazil Əbilov açaraq bildirdi ki, əhalinin içməli su ilə təmin ediməsi məqsədiilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sisteminin qurulması haqqında Azərbaycan Respublikasının Prezidenti…


Ətraflı oxu

Ölüm var ki, həyat qədər dəyərli…

02.05.2017
1

2 may 2016-cı il… Hamımızı hüznə qərq edən  o qara xəbərin qara bulud kimi başımız üzərini almasından düz bir il keçir. O müdhiş gün  gözəl alim, dəyərli insan və mehriban bır  ata –  Adışirin Ələkbərovu aramızdan apardı… Su kimi şəffaf bir ömür yaşadı o. Xalqına elmi ilə canını fəda etdi. Bir il ötsə də onu…


Ətraflı oxu

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu Fəxri diploma layiq görüldü

28.04.2017
IMG_7502

Aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında  28 aprel – Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)”  Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması  tədbiri keçirilmişdir. Tədbirdə “Sukanal” ETLİ-nin direktor müavini Vəfa Qəyyumov, Həmkarlar İttifaqı Komitəsinin sədri Elman İsgəndərli, Komitə üzvləri Çingiz Mahmudov, Günel Eldarova və Ziya Məlikov…


Ətraflı oxu

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki seminarının ilk iclası keçirilmişdir.

21.04.2017
IMG_7329

Aprelin 21-də  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki seminarının ilk iclası keçirilmişdir. İclasda “Azərsu” ASC-nin sədrinin müşaviri, əməkdar mühəndis Telman Ağayev, Elmi araşdırmalar və xarici əlaqələr şöbəsinin aparıcı mühəndisi Elçin Qurbanov və  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşları iştirak etmişlər. İclası giriş sözü ilə İnstitutun direktoru coğrafiya elmləri doktoru, professor Fərda İmanov açaraq  İnstitutda  bundan sonra…


Ətraflı oxu

Bakı Dövlət Universitetində Şollar-Bakı qurğular kompleksinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir

17.04.2017
IMG-20170414-WA0019

Aprel ayının 14-də Bakı Dövlət Universitetində Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin Şollar – Bakı Su qurğular Kompleksinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın təbii sərvətlərinin səmərəli istifadəsi” mövzusunda magistrant və bakalavrların XXIII Elmi Konfransı keçirilmişdir. Konfransda iştirak edən  “Azərsu” ASC-nin sədrinin  müşaviri, əməkdar mühəndis Telman Ağayev konfrans iştirakçılarına  Şollar – Bakı Su qurğular Kompleksinin tarixi haqqında…


Ətraflı oxu

“Azərsu” ASC-də mükafatların təqdim olunması mərasimi keçirilmişdir.

31.03.2017
ISI_6658

Martın 30-da  “Azərsu” ASC-də 1-ci Bakı Beynəlxalq Su Həftəsinin yekunları və  Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş Səhmdar Cəmiyyətin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsinin və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyi tədbirlərinin yekunları barədə…


Ətraflı oxu