“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda 8 mart tədbiri

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir. Bu əlamətdar gün münasibəti ilə İnstitutun qadın əməkdaşlarını təbrik edən İnstitutun direktoru, professor Yaşar Kəlbiyev 8 Mart – Beynəlxalq Qadınlar gününün dünyanın əksər ölkələrində qeyd olunan bayramlardan biri olduğunu söylədi. Milli-mənəvi dəyərlərin əsrlər boyu yaşadılmasında Azərbaycan qadınlarının misilsiz xidmətlərinin olduğunu xatırladan Y.Kəlbiyev müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyini vurğuladı.

Eyni zamanda, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində görülən tədbirlər, azərbaycan qadınının, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri olduğunu qeyd etdi.

Y.Kəlbiyev İnstitutun nailiyyətlərində qadınların böyük əməyinin olduğunu bildirərək, onların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri və cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirdi.

Tədbirin sonunda xanımlara bayram hədiyyələri təqdim edildi.

8 mart-2014 8 mart-2014-2