“Sukanal” ETLİ-nin direktor müavini “Qahirə su həftəsi”ndə iştirak edib.

GahiraOktyabrın 20-24-də Misir Ərəb Respublikasında “Su çatışmazlığına reaksiya” şüarı altında “Qahirə Su Həftəsi” keçirilib.

“Qahirə Su Həftəsi” çərçivəsində Dünya Su Şurasının İdarə Heyətinin 70-ci iclası olub. İdarə Heyəti 2021-ci ildə keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlığın vəziyyətini müzakirə edib, Su təhlükəsizliyi, Qlobal dəyişikliklər və Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə işçi qrupların hesabatları dinlənilib.

İclasda Azərbaycanı “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov təmsil edib.