“Sukanal” ETLİ-nin elmi-texniki seminarının nöbvəti iclası keçirilib.

Oktyabrın 30-da “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda elmi-texniki seminarın növbəti iclası keçirilib. Seminarın rəhbəri, texnika elmləri doktoru Fazil Əbilov iclası giriş sözü ilə açaraq seminarın gündəliyini iştirakçıların diqqətinə çatdırdı və qeyd etdi ki, seminarda Meliorasiya və Su Təsərrüfatı ASC-nin Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, həmçinin AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları da iştirak edirlər.

Sonra BMTİP-QEF Kür II Layihəsinin Misir Ərəb Respublikasından olan Beynəlxalq eksperti Əhməd Əbu Əlsəud “Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə yolları” mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Çıxış   dinlənildikdən sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı.