“Sukanal” ETLİ-nin əməkdaşları İkinci Qafqaz Dağ Forumunda iştirak ediblər.

Oktyabrın 30-dan Noyabrın 1-ə kimi Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində  İkinci Qafqaz Dağ Forumu keçirilib. Ankara Universitetində keçirilən forumda “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun  Elmi katibi-Doktorantura şöbəsinin rəisi Rəşail İsmayılov və Kanalizasiya və yağış suları sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsinin mühəndisi Samid İslamov iştirak ediblər.

Forumda Rəşail İsmayılov “Kür çayında suyun keyfiyyətinin qiymətləndirilməsi”,  Samid İslamov isə “Gəncə şəhərində şəhər sularının davamlı idarə olunması” mövzusunda çıxış ediblər.

Çıxışlar dinlənildikdən sonra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.