“Sukanal” ETLİ-də Mülki müdafiə məşqi keçirilib.

06.11.2019

“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun 2019-cu il üçün Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq noyabrın 6-da “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin  mülki müdafiə məşqi keçirilib.

Mülki müdafiə məşqində “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru Çingiz Qurbanov, Mülki müdafiə qərargahının rəisi Hüseynalı Miriyev,  Yasamal rayonu üzrə Fövqəladə hallar şöbəsinin rəisi, polkovnik-leytenantı İlqar Səfərov və  digər  komandan rəis heyəti iştirak edib.