ETLİ-nin əməkdaşları “Radiasiya və kimyəvi təhlükəsizlik problemləri” adlı Beynəlxalq konfransda iştirak ediblər.

5-6 Noyabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində  prof. H.Ocaqovun 80 illik yubileyinə həsr olunmuş “Radiasiya və kimyəvi təhlükəsizlik problemləri” adlı Beynəlxalq elmi-praktik konfrans  keçirib.

Konfransda “Sukanal” ETLİ-nin Qrunt və su tədqiqatları, Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi, Hidroloji tədqiqatlar  şöbələrinin əməkdaşları iştirak ediblər. Onlardan, elmi işçi Ülkər Tağiyeva “Ceyranbatan su anbarı və Taxtakörpü-Ceyranbatan kanalı sularında riskli kimyəvi maddələrin analizi”, mühəndis-mikrobioloq Lamiyə Əhmədova “Su təchizat sistemlərində mən­bə­də yarana biləcək ikinci çirklənmə riskləri və bu risklərin qarşısının alınması tədbirləri” və böyük elmi işçi  Nərmin Hüseynova “Təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi” mövzusunda məruzə-təqdimatla çıxış ediblər.

Çıxışlar dinlənildikdən sonra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.