Kür II layihəsinin Regional Məşvərət Qrupunun 3-cü iclası keçirilib.

6-8 Noyabr tarixlərində BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) dəstəyi ilə Azərbaycan və Gürcüstan arasında “Kür II: Transsərhəd razılaşdırılmış fəaliyyətlər və milli planların həyata keçirilməsi yolu ilə Kür çayı hövzəsində su ehtiyatlarının inteqrasiyalı idarə olunmasının gücləndirilməsi” adlı regional layihə çərçivəsində Azərbaycanda, Qalaaltıda Kür II Layihəsinin Regional Məşvərət Qrupunun 3-cü iclası keçirilib.

Sözügedən tədbirdə Azərbaycanın və Gürcüstanın su sektorunun əsas maraqlı qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi layihə tərəfindən bu günə kimi əldə edilmiş nailiyyətlərin və gələcəkdə  Kür şayı hövzəsində transsərhəd əməkdaşlığın davamlılıq məsələsinin müzakirəsi olmuşdur.

Tədbirdə  “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov iştirak edib.