“Sukanal” ETLİ-nin əməkdaşları İTACA qrant layihəsinin videokonfransında iştirak ediblər.
Noyabrın 19-da Avropa İttifaqının dəstəyi və İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA” adlı qrant layihəsinin başlanması ilə əlaqədar ilk videokonfrans keçirilib.
Videokonfransda İtaliya, Danimarka, Yunanıstan, Almaniyanın və Azərbaycanın universitet və şirkətləri ilə yanaşı “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov və Hidroloji tədqiqatlar şöbəsinin mühəndisi Ceyhunə Məmmədova da iştirak ediblər.
Görüşdə layihə müddətində görüləcək işlər müzakirə olunub.