“Sukanal” ETLİ-nin əməkdaşları Beynəlxalq layihə çərçivəsində təlimlərdə iştirak ediblər.

18-19 noyabr tarixlərində BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) dəstəyi ilə layihələndirilən “Kür II: Transsərhəd razılaşdırılmış fəaliyyətlər və milli planların həyata keçirilməsi”  layihəsi çərçivəsində “Su ehtiyatlarının idarə edilməsi üçün tətbiq olunan CİS texnologiyalarına giriş”,  25-26 noyabr tarixlərində isə “Su təchizatı və tələbatın İdarəedilməsi” üzrə milli və xarici ekspertlər tərəfindən təlimlər keçirilib.

Təlimlərdə su ehtiyatlarının idarə edilməsi üçün  qabaqcıl  məkan təhlili  və statistikası, tətbiq olunan interpolyasiya metodlarının araşdırılması, hidroloji modelləşdirilmə və proqram təminatı (TalsimNG  və ya PRMS)  üzrə həm nəzəri həm də praktiki sessiyalar aparılıb.

Təlimlərdə “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun  əməkdaşları  İftixar Eyyubov, Vaqif Məmmədov, Samid İslamov və Vüsal Poladov iştirak ediblər.