“Sukanal” ETLİ-nin 3 əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görüldü.

Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.

AHİK-in sədri Səttar Möhbalıyev çıxış edərək gənclərimizin sağlam, savadlı böyümələrinin, onların peşəkarlıq səviyyəsinin artırılmasının, layiqli vətəndaş kimi yetişmələrinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. S.Möhbalıyev müstəqil ölkəmizdə dövlətin gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə qəbul edilmiş inkişaf strategiyalarının və dövlət proqramlarının gənclərin inkişafına yönəldildiyini vurğulayıb.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Qaliblər arasında “Sukanal” ETLİ-nin 3 əməkdaşı  – Özal Əliyev, Gülnar Kərimova və Nəcəf İmanov va vardır.