Mülki-müdafiə məşqi keçirilmişdir

“Sukanal” Elmi- Tədqiqat və Layihə İnititutunun 2016-ci il tədbirlər planına əsasən 27 sentyabr 2016-cı il  tarixdə rəhbər heyyətin Mülki Müdafiə məşqi keçirilmişdir.

Tədbirdə “Sukanal” ETLİ-nin direktoru Fərda İmanov, Fövqaladə hallar komissiyasının sədri Elşad Cavadzadə, Mülki müdafiə qərərgahının rəisi Hüseynalı Miriyev, Yasamal rayon Fövqalədə hallar və mülki müdafiə şöbəsinin rəisi mayor İlham Söhbətov və İnistitutun Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak etmişdir.

Mülki müdafiə məşqinin keçirilməsində məqsəd fövqəladə hallar zamanı rəhbər, komandir-rəis heyyətinin vəzifə borclarını yerinə yetirərək əməkdaşların təhlükəsizliyini təmin edərək təhlükəsiz bölgəyə köçürmək və baş vermiş hadisənin fəsadlarını aradan qaldırmaqdır. Keçirilmiş tədbir rəhbərlik tərəfindən qənaətbəxş  hesab edilmişdir