İnstitutun əməkdaşları seminarda iştirak etmişlər

Koreya Respublikasının Səfirliyi və KOTRA – Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi tərəfindən 6 oktyabr 2016  il tarixində “Park İnn” by Radisson otelində  “Biznes-Danışıqlar “ seminarı keçirilmişdi.

KOTRA – Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi 21 iyun 1962-ci ildə yaradılmış, Koreyanın ixracyönümlü iqtisadiyyatının qısa bir zamanda inkişafına təkan vermişdir. Hazırda KOTRA xarici nümayəndəliklərdən ibarət qlobal təşviqat şəbəkəsinə malikdir. Təşkilatın əsas vəzifələri ticarət və investisiyalara yardım, xarici bazarların öyrənilməsi və biznes tərəfdaşlarının axtarılmasından ibarətdir.

Seminarda  “Sukanal ETLİ-nin Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğularının tədqiqi şöbəsinin rəisi Zahid Nağıyev, şöbənin əməkdaşları Etibar Süleymanov və Günel Eldarova iştirak etmişlər.

Seminarda müxtəlif diametrli və konstruksiyalı siyirtmələr və yüksək təzyiqli armaturların nümunələri təqdim olunmuşdur. Təqdim olunan siyirtmələr və yüksək təzyiqli armaturların əsas xüsusiyyətləri  kimyəvi təsirə, korroziyaya və  yüksək atmosfer təzyiqinə (3-5 atm/c.st-dən 50 atm/c.st-dək) davamlı olmasıdır.

Tədbirdə həmçinin arteziyan sularının təmizlənməsinə və duzsuzlaşdırılmasına dair qurğuların nümunə üzərindən təqdimatı verilmişdir.