“Azərsu” ASC-nin əməkdaşları Yaponiya Respublikasında keçirilmiş təlimdə iştirak etmişlər

05.11.2016

IMG_4610 IMG_4392 IMG_4465

Oktyabr ayının 22-dən noyabr ayının 4-dək Yaponiyada bu ölkənin Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə “Su təchizatı, Kanalizasiya Qurğuları, Layihələndirmə, Satınalma və Tikintinin idarə olunması” mövzusunda təlim keçirilmişdir. Təlimdə “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Fərda İmanov, Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli, Satınalmaların təşkili və idarə olunması departamentinin Tenderlərin  təşkili şöbəsinin rəisi Murad Abışev və Tikilməkdə Olan Obyektlərin Müdriyyətinin Layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin rəisi Fuad Təhməzov iştirak etmişlər.

Təlimin əsas məqsədi iştirakçıların Yaponiyanın su təchizatı və kanalizasiya sistemlərinin layihələndirməsi, inşası və istismarı sahəsində qabaqcıl təcrübəsi ilə tanışlıq olmuşdur.

Yaponiyalı mütəxəssislər ölkələrində su təchizatı və kanalizasiya xidmətlərinin təşkili,  su itkilərinin azaldılması tədbirləri, suyun təmizlənməsi texnologiyaları və bu prosesdə əmələ gələn çöküntülərdən istifadə haqqında da öz təcrübələri ilə bölüşmüşlər.

Təlim iştirakçıları Tokio və Yokahama şəhərlərində yerləşən  müxtəlif güclü içməli su və çirkab sutəmizləyici qurğulara, Su və Kanalizasiya muzeylərinə səfərlər etmişlər.