UNESCO və IWRA-nın birgə konfransı keçirilib.
![]() |
![]() |
![]() |
Oktyabrın 28-30-da UNESCO-nun Dövlətlərarası Hidroloji Proqramı və Beynəlxalq Su Ehtiyatları Assosiasiyası (IWRA) “İqlim dəyişmələri şəraitində yeraltı sulardan dayanaqlı istifadə yolları” mövzusunda birgə onlayn konfrans keçirib.
Konfransda müzakirələr 5 sessiya üzrə aparılıb: iqlim dəyişmələri şəraitində yeraltı su ehtiyatlarının qiymətləndirilməsi; iqlim dəyişmələrinin yeraltı su ehtiyatlarına təsiri; yeraltı sulardan dayanaqlığında texnologiyaların rolu; yeraltı su ehtiyatlarının idarə olunması və strategiyası; yeraltı sular üzrə mütəxəssis hazırlığı və kadr potensialının gücləndirilməsi.
Çoxsaylı ölkələrdən 300 nəfərin qatıldıqı konfransda “Azərsu” ASC-nin “Sukanal” ETLİ-nin direktor müavini Fərda İmanov da iştirak edib.