“Sukanal” ETLİ-nin direktoru elmi seminarda çıxış edib.

Noyabrın 27-də Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinin video formatda elmi seminarı keçirilib. Seminarda “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstututunun direktoru Çingiz Qurbanovun fəlsəfə doktoru elmi adını almaq üçün “Azərbaycanda magistral su təchizatı xətlərinin monitorinqi və onların geoinformasion xəritələşdirilməsi” mövzusunda hazırladığı dissertasiya işinin ilkin müzakirəsi aparılıb.

İddiaçı dissertasiyanın əsas müdafiə olunan müddəaları, elmi yeniliklər və alınmış nəticələr barədə seminar iştirakçılarına ətraflı məlumat verib. Daha sonra seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.