ITACA qrant layihəsinin İdarə Heyətinin və İdarəetmə Komitəsinin birgə iclası keçirilib.

29.01.2021

Yanvarın 28-də “Erasmus +” Proqramının davamlı monitorinqi çərçivəsində Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi”  İTACA qrant layihəsinin onlayn görüşü keçirilib. Görüşdə aşağıdakı məsələlər müzakirə olunub:

  1. Təlim Mərkəzinin Fəaliyyətini Tənzimləmə sənədi;
  2. Xarici məsləhətçilərin seçilməsi;
  3. Yenilənmiş tədbirlər planı;
  4. İlk maliyyə hesabatının forması.

Təbdirdə “Sukanal” ETLİ-nin direktor müavini Fərda İmanov və Hidroloji tədqiqatlar şöbəsinin mühəndisi Ceyhunə Məmmədova iştirak ediblər.