“Sukanal” ETLİ-nin Elmi-Texniki Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

04.03.2021

IMG_20210303_164631

Martın 3-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının videokonfrans formatında  növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan İnstitutun direktoru Çingiz Qurbanov 2020-ci ildə İnstitut tərəfindən  yerinə yetirilmiş  elmi-tədqiqat və layihə işləri haqqında Şura üzvlərinə məlumat verib.

Sonra Qrunt və su tədqiqatları şöbəsinin rəisi Şəmsəddin Abdullayev, Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsinin rəisi Zahid   Nağıyev, Hidroloji tədqiqatlar şöbəsinin rəisi  Rais Əbdüləzimov  və Doktorantura şöbəsinin rəisi Rəşail İsmayılovun 2020-cu ildə görülmüş və 2021-ci ildə planlaşdırılan işlər haqqında hesabatları dinlənilib.

Çıxışlardan sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.