“Sukanal” ETLİ-də 2020-2021-ci il tədris ili üçün doktoranturaya ilk qəbul imtahanı keçirilib.

12.03.2021

Martın 12-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda Fəlsəfə fənni üzrə doktoranturaya ilk qəbul imtahanı keçirilib.

İnstitutun direktoru Çingiz Qurbanovun sədrlik etdiyi imtahan komissiyasına “Azərsu” ASC sədrinin müşaviri kult.ü.e.d., prof. Çingiz Abdullayev, “Sukanal” ETLİ-nin direktor müavini c.e.d., prof. Fərda İmanov, “Sukanal”ETLİ-nin  Baş elmi işçisi t.e.d. Fazil Əbilov və “Sukanal”ETLİ-nin Doktorantura  şöbəsinin rəisi- elmi katib c.ü.f.d., dos.  Rəşail İsmayılov və Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının dosenti Bilal Əlizadə daxildir.

İmtahan Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının dosenti Bilal Əlizadənin iştirakı ilə yazılı şəkildə aparılıb. İmtahanda doktoranturaya sənəd vermiş 3 nəfər iştirak edib.

Növbəti  imtahan ixtisas fənni keçiriləcək və ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.