“Sukanal” ETLİ-də doktoranturaya qəbul imtahanları başa çatıb.

Martın 17-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda “Mühəndis-kommunikasiya sistemləri” və “Ətraf mühitin texnologiyası və mühəndisliyi” ixtisasları üzrə doktoranturaya sonuncu qəbul imtahanı keçirilib.

İmtahanda  “Sukanal” ETLİ-nin direktoru Çingiz Qurbanov,  direktor müavini prof. Fərda İmanov, baş elmi işçi, t.e.d. Fazil Əbilov, Doktorantura  şöbəsinin rəisi- elmi katib c.ü.f.d., dos.  Rəşail İsmayılov və Qrunt və su tədqiqatları şöbəsinin rəisi dos. Şəmsəddin Abdullayev iştirak ediblər.

İmtahanı müəffəqiyyətlə verən iddiaçılar Xıdırova Pərvanə İlham qızı, Hüseynli Fidan Səfa qızı və Abbaslı Ülkər Elxan qızı doktoranturaya qəbul olunublar.