“Azərsu” ASC-nin əməkdaşları Beynəlxalq treninqdə iştirak ediblər.

15-22 mart tarixlərində Hindistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü və Kerala şəhərindəki “Maye hərəkətinin tədqiqi”  İnstitutunun Treninq Departamentinin təşkilatçılığı ilə “Suyun nəqli və paylanması mühəndisliyi” mövzusunda videokonfrans formatında treninq keçirilib. Treninqə Doktor Kumar Anil rəhbərlik edib.

Tədbirdə  “Azərsu” ASC-nin Planlaşdırma və layihə Departamentinin rəis müavini Elşad Cavadzadə, Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyev və “Sukanal” ETLİ-nin direktor müavini Fərda İmanov iştirak ediblər.