Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) İdarə Heyətinin iclası keçirilib.

Martın 31-də  Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

IWRA-nın prezidenti Qabriel Ersteynin moderatorluğu ilə keçirilən tədbirdə 2020-ci ilin maliyyə hesabatı dinlənilib. Sonra  İşçi qruplarının fəaliyyəti müzakirə edilib, cari ilin iş planı təsdiq olunub.

Daha sonra  2021-ci ilin noyabr ayında Cənubi Koreyada keçiriləcək XVII Su Konqresinə hazırlığın vəziyyəti haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə  IWRA-nın İdarə Heyətinin üzvü, “Sukanal” ETLİ-nin direktor müavini Fərda İmanov iştirak edib.