Dünya Su Şurasının İdarə Heyətinin 73-cü iclası keçirilib.

Aprelin 1-də Dünya Su Şurasının (DSŞ) İdarə Heyətinin videokonfrans formatında 73-cü iclası keçirilib.

Tədbirdə COVID-19 pandemiyası şəraitində DSŞ-nin  əsas fəaliyyət istiqamətləri  müzakirə olunub, işçi qrupların hesabatları dinlənilib. Sonra  DSŞ-nın “Su təhlükəsizliyi ekoloji təhlükəsizliyin tərkib hissəsidir” adlı deklarasiyasının ilkin variantı təqdim edilib.

Daha sonra 2022-ci ilin 21-26  mart tarixlərində keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlığın vəziyyəti ilə əlaqədar hazırlanmış hesabat dinlənilib, 10-cu Dünya Su Forumuna ev sahibliyi etmək istəyən ölkələrin potensial imkanları təhlil olunub.

İclasda DSŞ İdarə Heyətinin alternativ üzvü, “Sukanal” ETLİ-nin direktor müavini Fərda İmanov iştirak edib.