Dünya Su Şurasının 53-cü illik iclası keçirilmişdir.

WWC-logo-60027-28 oktyabr 2014-cü il  tarixlərində  Fransanın Marsel şəhərində Dünya Su Şurasının İdarəetmə heyətinin 53-cü illik iclası keçirilmişdir. İclas iştirakçıları Dünyanın müxtəlif ölkələrində su sektorunda  institusional və idarəetmə məsələləri, su siyasəti məsələlərini, strateji və tərəfdaşlıq problemlərini və digər məsələləri müzakirə etmişlər.  İclasda Dünya Su Şurasının illik hesabatı müzakirə edilmiş, təşkilata yeni üzvlər qəbul edilmişdir

Dünya Su Şurasının İdarəetmə heyətinin 53-cü iclasında “Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat Layihə İnstitutunun  elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov iştirak etmişdir. “Azərsu” ASC-nin əməkdaşı müxtəlif ölkələrdən olan nümayəndə heyətləri ilə  görüşlər keçirmişdir. Görüşlərdə  Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində “Azərsu” ASC tərəfindən görülən işlər haqqında məlumat verilmiş, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

İclasda həmçinin,  2015-ci ilin aprel ayında Cənubi Koreyada keçiriləcək 7-ci Dünya Su Forumuna hazırlıq məsələləri, Forumun gündəliyi xüsusilə ətraflı müzakirə edilmiş, forumun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir. 7-ci Dünya Su Forumuna hazırlıqla əlaqədar dünyanın müxtəlif regionlarında keçirilən hazırlıq iclaslarının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Qeyd edək ki, “Azərsu” ASC  2013-cü ildən Dünya Su Şurasının üzvüdür.