“Sukanal” ETLİ-nin Elmi-Texniki Şurasının genişləndirilmiş iclası keçirilmişdir.

17.12.2016

IMG_4088 IMG_4142 IMG_4127_1

16 dekabr 2016-cı il tarixdə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının genişləndirilmiş iclası keçirilmişdir.

İclasda İnstitutun və “Azərsu” ASC-nin əməkdaşları ilə yanaşı, AMEA-nın Geologiya və Geofizika İnstitutu,  Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti  və Azərbaycan Tibb Universitetində çalışan nüfuzlu alimlər də iştirak etmişlər.

İnstitutun direktoru prof. Fərda İmanov Şuranın iclasını giriş sözü ilə açaraq  gündəlikdə aşağıdakı məsələlərin durduğunu iştirakçıların nəzərinə çatdırdı: 1.Su təchizatı, kanalizasiya və hidrotexniki qurğuların tədqiqi şöbəsinin rəisi  Zahid Nağıyevin 2016-cı ildə görülmüş işlər haqqında hesabatı; 2. Su mənbələrinin tədqiqi və işlənməsi şöbəsinin rəisi Elkin Rüstəmovun hesabatı. 3.Cari məsələlərin müzakirəsi.

Hesabatlar dinlənildikdən sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

“Azərsu” ASC sədrinin müşaviri prof. Çingiz Abdullayev çıxış edərək su təchizatı və tullantı sularının idarə edilməsi sahəsində daha mütərəqqi texnologiyaların araşdırılması və tətbiqi məqsədi ilə İnstitutda yeni bir  struktur bölmənin – İnnovasiyalar şöbəsinin təşkil edilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.

ATU-nun Gigiyena kafedrasının professoru Maqsud Qasımov birgə seminarların təşkili, Azərbaycan Memarlıq və İnşaat Universitetin dosenti Asif Kəngərli İnstitutda dəniz suyunun duzsuzlaşdırılması istiqamətində tədqiqatların aparılmasını təklif etmişlər. “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun baş elmi işçisi t.e.d. Fazil Əbilov tullantı sularının təmizləyici qurğularında formalaşan çöküntülərin təkrar istifadəsi istiqamətində aparılan tədqiqatlardan danışmış, elmi-tədqiqat işlərinin səmərəli və vaxtında yerinə yetirilməsi üçün təkliflərini vermişdir.

Sonda cari məsələlər ətrafında müzakirələr aparılımışdır.

IMG_4160 IMG_4182 IMG_4190