“Sukanal” ETLİ-nin əməkdaşları təltif olunmuşlar

17.03.2017

Azərbaycar Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalamışdır.

Sərəncama əsasən Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə 16 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 3 nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib, 1 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Sevindirici haldır ki, təltif olunanlar arasında “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşları da yer almışlar.  Su təchizatı sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsinin rəisi Aftandil Quliyevə “Əməkdar mühəndis” fəxri adı verilmiş, Baş elm işçi Fazil Əbilov isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.