“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki seminarının ilk iclası keçirilmişdir.

21.04.2017

Aprelin 21-də  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki seminarının ilk iclası keçirilmişdir. İclasda “Azərsu” ASC-nin sədrinin müşaviri, əməkdar mühəndis Telman Ağayev, Elmi araşdırmalar və xarici əlaqələr şöbəsinin aparıcı mühəndisi Elçin Qurbanov və  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşları iştirak etmişlər.

İclası giriş sözü ilə İnstitutun direktoru coğrafiya elmləri doktoru, professor Fərda İmanov açaraq  İnstitutda  bundan sonra elmi-texniki seminarların müntəzəm olaraq təşkil olunacağını bildirmişdir.

Sonra İnnovasiyalar şöbəsinin rəisi Arif Əliyevin  “İnnovasiya və onun hədəfləri” mövzusunda məruzəsi dinlənilmişdir. Çıxış dinlənildikdən sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılmışdır.