XƏBƏRLƏR

15.09.2021

IMG_3393

Sentyabrın 15-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda Xəzər Universitetinin Həyat elmləri departamentinin elmi işçisinin iştirakı ilə seminar keçirilib. Seminarda adı çəkilən Universitetin əməkdaşı,  Yer elmləri üzrə fəlsəfə doktoru Elşən Abdullayev “Suyun təmizlənməsində modifikasiya edilmiş montmorillonitin tətbiqi”  mövzusunda çıxış edib. O, çıxışında suda zəhərli çirkləndiricilərin təmizlənməsində təbiətdə çox rast gəlinən,  ucuz və ekoloji cəhətdən təmiz olan…

10.09.2021

IMG_3364

Sentyabrın 10-da “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda fəaliyyət göstərən Bakı Dövlət Universitetinin “Hidrometeorologiya” kafedrasının filialında  yeni tədris ilinin təşkili ilə bağlı görüş keçirililib. Görüşdə Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor Fərda İmanov, Tədris prosesinin təşkili şöbəsinin rəisi dosent Adil Xasayev, “Sukanal” ETLİ-nin rəhbərliyi və aparıcı mütəxəssisləri  iştirak ediblər. Müzakirələrdən sonra…

07.09.2021

IMG_3303

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda Netcad şirkətinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib. Seminarda Netcad şirkətinin nümayəndəsi Gökhan Aslıtaş Netcad proqram təminatının su təchizatı və tullantı sularının kənarlaşdırılması layihələrinin işlənməsində tətbiqi haqqında təqdimatla geniş məlumat verib. Çıxışdan sonra təqdimat ətrafında geniş fikir mübadiləsi aparılib.

03.08.2021

Journal_site

Su sektorunun müasir problemlərinin və konseptual məsələlərinin əks olunması məqsədi ilə “Azərsu” ASC tərəfindən təsis edilmiş “Su problemləri: elm və texnologiyalar” adlı elmi jurnalın rəsmi internet səhifəsi (https://suproblemleri.az/) istifadəyə verilib. Jurnal 3961 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə daxil olunmuşdur. “Su problemləri: elm və texnologiyalar” jurnalında əsasən su sektorunun müasir problemlərini və su təsərrüfatının ümumkonseptual məsələlərini optimal…

02.08.2021

ISI_9194

İyulun 30-da Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, “Sudan İstifadə sahəsində Mütəxəssislər” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Su Sərvətdir! Qənaət etməyi öyrənək” adlı layihənin bağlanış mərasimi keçirilib. Layihənin rəhbəri, “Sukanal” ETLİ-nin Doktorantura şöbəsinin metodisti Pərvanə Xıdırova bildirib ki, gənc tədqiqatçıların su təsərrüfatı sahəsində təcrübi biliklərinin artırılması və…

26.07.2021

1

İyulun 26-da “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanovun Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunması ilə əlaqədar “Sukanal” ETLİ-də təbdir keçirilib. Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Fərda İmanovu  yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun…

23.07.2021

005

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub. Qeyd edək ki, Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-1960-cı illərdə yaradılmışdı. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə…

17.07.2021

IMG_3142

İyulun 17-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının növbəti genişləndirilmiş iclası keçirilib.İclası giriş sözü ilə açan İnstitutun direktoru Vüqar Mirzəyev son dövrlərdə İnstitutda görülmüş elmi-tədqiqat və layihə işləri haqqında Şura üzvlərinə qısa məlumat verib. Sonra Elmi katib  Rəşail İsmayılovun“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda 2021-ci ilin birinci yarısında yerinə yetirilmiş elmi-tədqiqat və layihə  işləri haqqında hesabatının…

17.07.2021

4

İyulun 12-dən 16-dək Malayziya Texniki Əməkdaşliq Proqramının “Menecerlər üçün layihələrin idarə olunması” mövzusunda onlayn təlim keçirilib. Təlimdə ayrı-ayrı sahələrdə layihələrin idarə olunmasının mərhələləri və layihələrin idarə olunmasında Malayziya təcrübəsi iştirakçıların nəzərinə çatdırılıb. Təlimdə Azərbaycan, İndoneziya, Bruney, Laosdan nümayəndələr iştirak edib. Tədbirdə “Sukanal” ETLİ -nin  Elmi katibi-Doktorantura şöbəsinin rəisi  Rəşail İsmayılov iştirak edib.  

08.07.2021

6451009

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda son 6 ayda (yanvar-iyun) aşağıda qeyd olunan bir sıra önəmli elmi-tədqiqat və layihə  işləri həyata keçirilmişdir. Elmi-tədqiqat işləri bir neçə istiqamət üzrə aparılmışdır. Bu istiqamətlərə çaylarda məcra proseslərinin, su mənbələrinin sanitar-kimyəvi rejiminin,  tullantı  sularından təkrar istifadə və bəzi yaşayış məntəqələrinin su təchizatı sistemlərinin yenidən qurulması ilə əlaqədar qrunt…