Şahdağ turizm mərkəzi

Shahdag4Şahdağ Qış Yay Turizm Kompleksi”  nin xarici su təchizatı

Yeni yaradılacaq şəhərcik və “Şahdağ Qış Yay Turizm Kompleksi”  obyektlərində tələb olunan    içməli su üçün mənbə olaraq Qusarçayın Kuzun kəndi yaxınlığında layihələndirilən üfqi suqəbuledicilər qəbul edilmişdir.

Üfqi suqəbuledicilər Qusarçayda  məcraaltı olaraq orta hesabla 6m dərinlikdə, ümumi uzunluğu 900 m, diametriləri 450 x 40,9 mm və 630 x 57,2 mm olmaqla deşiklənmiş(perforik) polietilen borulardan layihələndirilmişdir.

Suqəbuledicilərdə toplanan su özaxını ilə 1220 m səviyyəsində layihələndirilən suyığıcı quyuya tökülür. Suyığıcı quyu 2 ədəd WILO  tipli suya batırılmış vəziyyətdə işləyən suqəbuledici nasosla təchiz edilir. Suyığıcı quyudan su, nasoslarlar vasitəsilə, təzyiqli xətlə 1371.40m səviyyəsində yerləşən təmizləmə və zərərsizləşdirmə üçün nəzərdə tutulan qurğuya daxil olur. Bunun üçün hər birinin diametri 219 x 8 mm, uzunluğu 2,4  km olan 2 ədəd təzyiqli su xətləri layihələndirilmişdir və su xətlərinin üstündə su buraxıcı və hava buraxıcı quyular nəzərdə tutulmuşdur. Magistral su xətlərinin trassasının Qusarçayın sağ sahilboyu (Kuzun kəndinə gedən yolla) aparılması və kəndarası yolla – Aladaş kəndi yolu ilə kompleksə çəkilməsi nəzərdə tutulur.

Layihələndirilən magistral su xətlərinin trassası olduqça mürrəkkəb relyefi olan ərazidən keçir. Təzyiqli su xətlərinin başlanğıcında yerin səviyyəsi 1245,0,  kompleksdaxili şəbəkəyə qoşulan yerində səviyyə 1508 m-dir. Səviyyələr fərqi 1508 -1245=263 m-dir.

Suyığıcı quyudan daxil olan su təmizləmə və zərərsizləşdirmə qurğusunda aşağıdakı proseslərdən keçir :

Təmizləmə və zərərsizləşdirmə qurğusundan sonra təmiz su, həcmi 100 m³ olan su anbarına yığılır.

Həcmi 100 m³ olan su anbarından su, 3 ədəd    MTC D100/5-7.115.67 nasoslarıyla təchiz olunmuş nasosxana vasitəsi ilə Turizm Kompleksinin ərazisinə vurulur.

Şahdağ Qış Yay Turizm Kompleksi” nin xarici kanalizasiyası

Şahdağ Qış Yay Turizm Kompleksinin xarici kanalizasiya sistemində yeni yaradılacaq şəhərcik və turizm kompleksinin obyektlərində formalaşacaq çirkab suların Qusar şəhərinin mövcud kanalizasiya sisteminə qoşulması nəzərdə tutulmuşdur.. Bunun üçün diametri 400mm, uzunluğu 32,9km olan özüaxımlı  təzyiqli kanalizasiya kollektorunun trassası Qusarçayın sağ sahilboyu ilə aparılması layihələndirilmişdir.

Layihələndirilən özüaxımlı-təzyiqli kanalizasiya kollektorunun trassası olduqça mürrəkkəb relyefi olan ərazidən keçir. Kollektorun başlanğıcında yerin səviyyəsi 1599,16, kollektorun mövcud kanalizasiya kollektoruna qoşulan yerində səviyyə 608,43 m-dir. Səviyyələr fərqi 1599,16-608,43=990,73 m-dir.

Respublikada ilk dəfə olaraq mürrəkkəb relyefi dağ massivində magistral kanalizasiya kollektorunun 5266 m-i diametri 400mm olan kürəvi qrafitli yüksək dayanıqlı çuqun -Düktil fon (вчшг) borularından layihələndirilmişdir. Bu boruların xarici səthləri zavod şəraitində  çəkilən , bitum lakla (ГОСТ 5631-79) mühafizə  olunmuş  sink örtüyü,  daxili isə qum-sement örtüyü ilə izolyasiya edilir. Magistral kanalizasiya kollektorunun 613 m-i diametri d426x8 və d426x10 (гр,В) olan polad borulardan,  magistral kanalizasiya kollektorunun qalan 29127 m-i isə d400x44,7mm, PE100, PN2.0MPa olmaqla polietilen borulardan ibarətdir. Magistral kanalizasiya kollektorunun üstündə təzyiqli tənzimləyən 7 ədəd xüsusi konstruksiyalı quyular nəzərdə tutulmuşdur.

Kollektor trassa boyu  üç yerdə Zindamoruğ, Əniğ və Suvacal çaylarından keçir. Kollektor trassasının hər bir çaydan keçidi dükerlərlə nəzərdə tutulmuşdur. Dükerlər SNiP2.04.03-85 bənd 4.36 əsasən işlənmişdir.

Layihələndirilən magistral kanalizasiya kollektoru trassa boyu Quba-Qusar magistral avtomobil yolunu kəsib keçir. Avtomobil yolu ilə keçid   СНиП 2.04.02-84  bənd 4.41 və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «Azəryolservis» Açıq Səhmdar Cəmiiyyətinin 16 oktyabr 2007-ci il tarixli 4/03-2951 nömrəli texniki şərtinə əsasən işlənmişdir.