Su sərfinin hesablanması
Hüquqi və fiziki şəxslərə məxsus qeyri-yaşayış obyektlərinin su və kanalizasiya şəbəkəsinə qoşulmasına dair texniki şərtin verilməsi üçün ilk növbədə su sərfinin hesablanması proseduru həyata keçirilməlidir. Bu məqsədlə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun fəaliyyət dairəsinə su sərfinin hesablanması daxil edilmişdir.
Su sərfinin hesablanması üçün “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna təqdim edilməsi vacib olan sənədlər:
Fiziki şəxslər üçün:
- “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktorunun adına ƏRİZƏ;
- Vətəndaşın ŞƏXSİYYƏT VƏSİQƏSİ və surəti;
- Obyektin vətəndaşa məxsus olduğunu və mülkiyyət hüququn təsdiq edən sənəd (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇIXARIŞ-ı və surəti və ya Rayon İcra Hakimiyyəti Orqanının SƏRƏNCAM-ı və surəti;
- Obyektin TEXNİKİ PASPORTU və surəti;
- Obyektin ESKİZ LAYİHƏSİ və surəti;
- VÖEN və surəti
- Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇIXARIŞ-ında obyekt fərdi yaşayış evi kimi qeyd olunubsa, müvafiq İcra Hakimiyyəti Orqanı tərəfindən obyektin qeyri-yaşayış obyekti (dəqiq təyinatı göstərilməklə) kimi istifadə olunduğu barədə ARAYIŞ və surəti;
- Qeyri-yaşayış obyektinin sahibi şəxsən müraciət edə bilmədiyi təqdirdə təmsil edən şəxs notarial qaydada təsdiq olunmuş ETİBARNAMƏ və surəti ilə müraciət etməlidir.
- Vətandaş ərizəni poçt vasitəsilə göndərirsə, ərizədə obyektin dəqiq təyinatının, tikintialtı sahəsinın və ərizəçinin əlaqə nömrəsinin göstəriləməsi vacibdir.
Hüquqi şəxslər üçün:
- Firma blankında, möhür və müəssisənin rəhbərinin imzası ilə su sərfinin hesablanması üçün “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktorunun adına MƏKTUB;
- Obyektin müəssisəyə məxsus olduğunu və mülkiyyət hüququn təsdiq edən sənəd (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇIXARIŞ-ı və surəti və ya Rayon İcra Hakimiyyəti Orqanının SƏRƏNCAM-ı və surəti;
- Obyektin TEXNİKİ PASPORTU və surəti;
- Obyektin ESKİZ LAYİHƏSİ və surəti;
- Bank rekvizitləri və surəti.