Təlim-tədris mərkəzi

Telim-tedris_bina

İşçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqların, iş təcrübəsinin yüksəldilməsi məqsədi ilə 2012-ci il dekabr ayında  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Təlim-Tədris Mərkəzi yaradılmışdır.

Təlim-Tədris Mərkəzi  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 10 dekabr 2013-cü il tarixli 650 №-li əmri ilə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun struktur bölməsi kimi təsdiq edilmişdir.

Təlim-Tədris Mərkəzi Cəmiyyətin aparatının struktur vahidlərinin, idarə müəssisə və təşkilatlarının, yerli bölmələrinin və tabeliyində olan digər qurumların işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması işini təşkil edir və həyata keçirir.

Bu məqsədlə Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

Təlim, tədris prosesini təşkil edir və onun idarə olunmasını həyata keçirir,

İşçilərinin təlim ehtiyaclarını müəyyən edir, bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün yüksək effektliliyi təmin edən təlim, seminar və kurslar keçirir, layihələr hazırlayır və bu sahələr üzrə təkliflər verir;

İşə yeni qəbul olunmuş əməkdaşlara zəruri həcmdə minimum və əsas biliklərin verilməsi məqsədilə ilkin hazırlıq kursları təşkil edir və onların keçirilməsinə nəzarət edir;

İşçilərin təlimdə fəaliyyətinin qiymətləndirilməsi prosesinin nəticələrini təhlil edir, Cəmiyyətdaxili qaydalara uyğun olaraq müvafiq hesabatlar hazırlayır;

Cəmiyyətin strukturuna daxil olan bütün qurumlarının ümumi tədris planını formalaşdırır və illik təlim, tədris planını hazırlayır.

Əməli fəaliyyət prosesində informasiya-kommunikasiya texnologiyalarından, müasir elmi-texniki informasiyadan səmərəli istifadəni təmin edir;

Təlimin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə əldə edilən bilikləri və vərdişləri konkret məsələlərin praktiki həllinə istiqamətləndirir;

Təlim prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində onların daha da təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

Tədris prosesinə kənar təşkilatlardan, elm və təhsil müəssisələrindən alimlər və mütəxəssislər cəlb edir;

Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədilə yerli və beynəlxalq təlim proqramlarının araşdırılması və seçilməsini həyata keçirir;

Təlimə nəzarətin təşkilini və təlim nəticələrinin qiymətləndirilməsini həyata keçirir;

Əməkdaşlarının təlim fəaliyyətlərinin qiymətləndirilməsi formalarını və meyarlannı təsbit edən normativ sənədlərin hazırlanmasını və tətbiq edilməsini təmin edir;

Mərkəz xarici təlim imkanlarını təhlil edir və hansı təlim kurslarının vacib olduğunu müəyyən edir.

Mərkəz Cəmiyyətin struktur vahidlərinin, idarə, müəssisə və təşkilatlarının, yerli bölmələrinin və tabeliyində olan digər qurumların əməkdaşlarının fəaliyyət səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi məlumat mübadiləsini həyata keçirir və bütün heyət üzrə anket sorğularını aparır, bu sahədə müvafiq təkliflər verir.

2014-cü ildə Hövsan qəsəbəsində Təlim-Tədris Mərkəzi üçün bina ayrılmışdır və təmir edilərək tam hazır vəziyyətə gətirilmişdir. Təlim-Tədris Mərkəzində beynəlxalq standartlara cavab verən təlim otaqları, akt zalı, kitabxana, mətbəx və trenayor zalı, yataq otaqları yaradılmışdır. Praktiki məşğələlərin aparılması üçün poliqon təşkil edilmışdir. Əməkdaşların dincəlməsi ücün xüsusi yerlər ayrılmışdır. Mərkəz mebel və ən müasir xüsusi avadanlıqlarla təhciz edilmişdir.