Qəyyumov Vəfa Şahbala oğlu
1964-cü ildə Bakı şəhərində anadan olmuşdur;
1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir;
1989-1997-ci illərdə Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin “Bakısənayeticarətnəqliyyat” İstehsalat Birliyində iqtisadçı-mühəndis, iqtisadiyyat və əmək haqqı şöbəsinin rəisi;
1997-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Xəzərdənizneftqaztikinti” trestində əməyin təşkili və əmək haqqı üzrə mühəndis, əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, kadrlar şöbəsinin rəisi;
2006-2011-ci illərdə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin kadrlar şöbəsinin rəisi, Həmkarlar İttifaqı Komitəsinin sədri;
2011-2016-ci illərdə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun iqtisadi məsələlər üzrə müavini vəzifələrində çalışmışdır.
Ailəlidir. Üç övladı var.