Vüqar Sərdar oğlu Mirzəyev

IMG_2860

 

 

 

 

 

 

 

2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Qaz-neft-mədən fakültəsini neft və qaz boru kəmərlərinin tikintisi və istismarı üzrə bakalavr pilləsini bitirib.

2002-ci ildə həmin fakültənin magistr pilləsini  fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1994-cü ilin ortalarında BP Azərbaycan şirkətində başlayıb. Fəaliyyət göstərdiyi illər ərzində əhəmiyyətli dərəcədə irəliləyərək peşəkarlıq və idarəetmə sahəsində təcrübə və bacarıqlarını uğurla inkişaf etdirib.

2002-2005-ci illərdə AGT (Azərbaycan-Gürcüstan-Türkiyə)  Boru Kəmərləri layihələrində Ölkə Üzrə Təhlükəsizlik Məsləhətçisi vəzifəsində çalışıb.

2005-2013-cü illərdə AGT Boru Kəmərləri layihələrində Quru bölməsi əməliyyatları üzrə  Regional Təhlükəsizlik Məsləhətçisi vəzifəsində çalışıb.

2013-cü ildə AGT Boru Kəmərləri Layihələrində 40-dan çox işçiyə nəzarət edən İcazələr, dövlət orqanları ilə iş və torpaq məsələləri üzrə departamentnin meneceri olub. Bu beynəlxalq layihlər ona mürəkkəb hüquqi məsələlər, tərəfdaşlarla və səhmdarlarla səmərəli ünsiyyət, ictimaiyyətlə əlaqələr və s. daxil olmaqla işin müxtəlif aspektlərində bir rəhbər kimi inkişaf etməyinə imkan verib.

Hazırda “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna rəhbərlik edir. 2021-ci ilin aprel ayından İnstitutun direktorudur. İnstitut Azərbaycanın su ehtiyatlarının yaxşılaşdırılması, qorunub saxlanması və mühafizəsi istiqamətində müxtəlif layihələr həyata keçirir.

Suyun idarə olunması ilə bağlı bütün məsələləri daha yaxşı başa düşmək üçün  onun mühafizəsi, təmizlənməsi və təchizatı ilə bağlı məsələlərə dair biliklərini daim təkmilləşdirmək və dərinləşdirmək üzərində çalışır. Bu sahədə çalışan mütəxəssislərdən ibarət geniş şəbəkə yaradıb. Əməkdaşları ilə birlikdə 2021-ci ildə Bakıda, 2022-ci ildə İspaniyada keçirilən elmi konfransda iştirak edib.

Sənayedə idarəetmə sistemləri ilə bağlı şəxsi biliklərini gücləndirmək üzərində çalışır. 2023-cü ildə Project Management Institute (PMİ), Professional Biznes Analizi (PBA); 2022-ci ildə Project Management Institute (PMİ), Program Management Professional (PgMP); 2021-ci ildə Project Management Institute (PMİ), Project Management Professional (PMP) (yenilənib); 2021-ci ildə İnstitution of Occupational Safety and Health (İOSH), Managing Safety diplom və sertifikatlarını alıb.