Jurnal haqqında

Su sektorunun müasir problemlərinin və konseptual məsələlərinin əks olunması  məqsədi ilə “Azərsu” ASC tərəfindən “Su problemləri: elm və texnologiyalar” adlı elmi jurnal təsis edilmişdir. Jurnal 3961 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə daxil olunmuşdur. “Su problemləri: elm və texnologiyalar” jurnalında əsasən su sektorunun müasir problemlərini və su təsərrüfatının ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Jurnalın redaksiya heyətini ölkəmizin və digər ölkələrin nüfuzlu alimləri təşkil edir.

Jurnalda 3 dildə – Azərbaycan, ingilis və rus dillərində elmi məqalələr dərc edilir. Redaksiyaya təqdim edilən əlyazmaların dərc edilib-edilməməsinə resenzentlərin rəyindən sonra növbəlilik prinsipi əsasında qərar verilir. Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları eksklyuziv olaraq “Su problemləri: elm və texnologiyalar” jurnalına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

Jurnalda nəşr edilən məqalələr aşağıdakı mövzuları əhatə edir:

Azərbaycanda su sektorunda fəaliyyət göstərən qurumlarda, ali təhsil müəssisələrində, elmi mərkəzlərdə çalışan, eləcə də xarici ölkələrdən olan alim və mütəxəssislər jurnal ilə əməkdaşlıq edə bilərlər.

 

Baş redaktorKöçərli Həsənov “Azərsu” ASC-nin sədr müavini

Baş redaktorun müavini:  prof. Fərda İmanov – Bakı Dövlət Universiteti

 

Redaksiya heyətinin yerli üzvləri:

Teyyub Cabbarov  – “Azərsu” ASC

Etibar Məmmədov – “Azərsu” ASC

Seymur Seyidov – “Azərsu” ASC

Vüqar Mirzəyev – “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu

prof. Çingiz Abdullayev – “Azərsu” ASC

prof. Yaşar Kəlbiyev – “Azərsu” ASC

Aydın Abbasov – “Azərsu” ASC

t.ü.e.d. Fazil Əbilov – “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu

prof. Sevinc Hacıyeva – Bakı Dövlət Universiteti

c.ü.f.d. Rəşail İsmayılov – “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu

g-m.e.d. Yusif İsrafilov – AMEA-nın Geologiya və Geofizika İnstitutu

t.ü.f.d. Elman Qənbərov – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Elmi-Tədqiqat Su Problemləri İnstitutu

k.ü.f.d. Zahid Qasımov – “Azərsu” ASC

tibb.ü.f.d. Şəmsəddin Abdullayev – “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu

 

Redaksiya heyətinin xarici üzvləri:

t.ü.e.d. Mixail Bolqov – Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutu, Rusiya Federasiyası

prof. Jovan Despotoviç – Belqrad Universiteti, Serbiya Respublikası

prof. Nadejda Proxorova – Rusiya Su Ehtiyatlarından Kompleks İstifadə və Su Obyektlərinin Mühafizəsi Elmi-Tədqiqat İnstitutu, Rusiya Federasiyası

prof. Ahmet Mete Saatçı – Türkiyə Su İnstitutu, Türkiyə Respublikası

prof. Qivi Qavardaşvili – Gürcüstan Texniki Universitetinin T.Mirsxulava adına Su Təsərrüfatı İnstitutu, Gürcüstan Respublikası

prof. Milan Radovanoviç – Serbiya Elm və İncəsənət Akademiyasnın Yovan Sviiç adına Coğrafiya İnstitutu, Serbiya Respublikası

prof. Yevgeni Pupıryov – Rusiya Su Təchizatı və Tullantı Suların Kənarlaşdırılması Assosiasiyasının Ekspert-Texnoloji Şurası, Rusiya Federasiyası

dos. Аleksandr Sikan – Rusiya Dövlət Hidrometeorologiya Universiteti, Rusiya Federasiyası prof.

prof. Pyotr Lopux –  Belarus Dövlət Universiteti, Belarus Respublikası

dr. Meri Metyus – BMT İP QEF, II Kür layihəsi, ABŞ

prof. Nikolay Korenkeviç – Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Rusiya Federasiyası

prof. Aleksey Pervov – Moskva Dövlət İnşaat Universiteti, Rusiya Federasiyası

prof. Leszek Kuçar  – Ətraf Mühit və Həyat Elmləri Universiteti, Polşa Respublikası, Polşa Respublikası

prof. Mitja Brilly – Lyublyana Universiteti, Sloveniya Respublikası

prof. Əhməd Rəşad Xater –  Su Ehtiyatları və İrriqasiya Nazirliyi,  Misir Ərəb Respublikası