Müəllif qaydaları

Müəlliflər üçün jurnal haqqında ümumi məlumat 

 Jurnal haqqında: “Azərsu”Açıq Səhmdar Cəmiyyəti sədrinin 15 may 2014-cü il tarixli 226 nömrəli əmri ilə “Su problemləri: elm və texnologiyalar” beynəlxalq resenziyalı elmi jurnalı təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 7 aprel 2015-ci il 3961 nömrəsi ilə qeydə alınmışdır.

Jurnal  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən texnika, yer elmləri və coğrafiya üzrə dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. (http://www.aak.gov.az/single/334)

Jurnalın elmi missiyası: “Su problemləri: elm və texnologiyalar” jurnalında su sektorunun müasir problemlərinə, həmçinin su təsərrüfatının nəzəri və praktiki məsələlərinə həsr olunmuş məqalələrin dərcinə üstünlük verilir.

Jurnalın dili: Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir.

Əlyazmaların resenziyalaşdırılması: Redaksiyaya təqdim edilən əlyazmaların dərc edilib-edilməməsinə iki rəy alındıqdan  sonra  növbəlilik prinsipi əsasında qərar verilir.

Müəlliflik hüquqları: Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları eksklüziv olaraq “Su problemləri: elm və texnologiyalar” jurnalına aiddir.

Məqalələrin tərtibi qaydaları

Əlyazmanın strukturu və həcmi:

  1. Məqalələrdə UOT indeksi olmaqla, məqalənin adı (həm təqdim olunan dildə, həm də ingilis dilində), müəllifin (və ya müəlliflərin) soyadı tam, adı və atasının adının baş hərfləri, e-mail ünvanları və təqdim olunan işin yerinə yetirildiyi təşkilatın adı göstərilməlidir.
  2. Məqalənin mətni aşağıdakı hissələrdən ibarət olmalıdır: xülasə (250 sözdən az olmamaq şərti ilə ingilis və rus dillərində), açar sözlər (6-10 söz olmaq şərti ilə ingilis və rus dillərində), giriş, materiallar və metodlar, təhlil və müzakirə, nəticə və ədəbiyyat siyahısı (ədəbiyyat siyahısı məqalə təqdim olunan dildən əlavə transliterasiyada təqdim olunmalıdır).

Məqalə həcmi 14 səhifədən artıq olmamaqla  (cədvəl və şəkillər daxil olmaqla) Microsoft WORD proqramında (versiya 2003-2016) Arial, 12 ölçülü şriftlə, 1.15 interval və 1.25 sm abzas buraxılışı ilə A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır:

Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin üstündə verilməlidir. Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2). Düsturlar mətndə Equation Editorla göstərilir. Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir. Mətndə ədəbiyyata istinad mötərizədə müəllif göstərilməklə verilir. Ədəbiyyat siyahısı əlifba sırası ilə 12 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.

 

Ünvan: Məqalələr elektron şəkildə redaksiyaya( “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitut, AZ1012, Bakı, Azərbaycan, Moskva prospekti, 73)  təqdim edilməlidir.

E-mail: rashail.ismayilov@azersu.az, rashail.ismayilov@gmail.com

Əlaqə telefonları: (+99412) 431-47-67/87 (daxili 27 43)