Gəncə şəhərinin su təchizatı və kanlizasiya sistemi

IGəncə şəhərinin su təcihizatı sistemi 3 mənbədən təmin ediləcək:

1. Qızıl-Qaya magistral su xətti. DN 700 polad boru;

2. Göygöl magistral su xətti. DN 500 polad boru;

3. Şəmkirçay magistral su kəməri. DN 1 400 polad boru

Layihələndirilən ərazidə ümumi əhali sayı  393 330 nəfər

Şəhərin su təchizatı sistemində şəhərin  8  müxtəlif ərazisində,  müxtəlif səviyyələrdə  su anbarları layihələndirilmişdir. Su anbarlarının ümumi həcmi 97 000 m³-dir.

Gəncə şəhərinin su təchizatı şəbəkəsi 2 hissədən ibarət olaraq layihələndirilmişdir.

Şərti olaraq Sağ sahil adlandırılan ərazi və Sol sahil adlandırılan ərazi. Sağ sahildə su təchizatı şəbəkəsində diametrləri 110÷560 mm olmaqla ümumi uzunluqları 310 273 m , sol sahildə isə diametrləri 110÷630 mm olmaqla ümumi uzunluqları 539 881m olan polietilen borular layihələndirilmişdir.

Şəhərin ümumi su təchizatı şəbəkəsinin uzunluğu 850,154 km-dir

Gəncə şəhərinin kanalizasiya şəbəkəsin sağ sahil ərazidə diametrləri  200÷1000 mm olmaqla ümumi uzunluqları 283 040 m, sol sahildə isə diametrləri 200÷1400 mm olmaqla ümumi uzunluqları 488 272 m olan korige HDPE və dəmir beton boruları layihələndirilmişdir.

Şəhərin ümumi kanalizasiya şəbəkəsinin uzunluğu 771,312 km-dir

Bundan əlavə məhəllədaxili kanalizasiya sistemləri üçün D 200 mm 41,664 km korige HDPE boruları layihələndirilmişdir.