Layihələndirmə

846229924095_1772972_original

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun layihələndirmə istiqamətində aşağıdakılar prioritet təşkil edir:

Su təchizatı və kanalizasiya obyektlərin tikintisi üçün Texniki-iqtisadi əsaslandırmaların hazırlanması;

İşçi layihələr səviyyəsində Azərbaycan Respublikasının yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılması, yenidən qurulması və genişləndirilməsi;

Yeraltı və səthi sular əsasında müxtəlif tipli suqəbuledici qurğuların layihələndirilməsi;

Magistral su kəmərləri, kanalizasiya, yağış suları kollektorları, şəhər supaylayıcı və kanalizasiya, drenaj şəbəkələri, mühəndis kommunikasiyaları üzərində quraşdırılan mühəndis qurğuları layihələndirilməsi;

Müxtəlif tutumlu içməli su anbarlarının, içməli və çirkab suların təmizlənməsi  qurğularının, su və kanalizasiya stansiyalarının layihələndirilməsi;

Su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı bina və qurğuların layihələndirilməsi;

Su təchizatı obyektləri üzrə sanitar-mühafizə zonalarının layihələndirilməsi;

Tikinti üçün smeta sənədlərin və texniki-iqtisadi hesablamaların tutulması;

Müəllif nəzarətinin aparılması.

Bu işləri yerinə yetirmək üçün «Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi» fəaliyyət növü üzrə 5 il müddətinə “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 14 fevral 2011-ci il tarixli 022641 nömrəli xüsusi razılıq (lisenziya) verilmişdir.

Bakı şəhərinə yüksək keyfiyyətli içməli suyun verilməsi üçün Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən reallaşdırılan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin həyata keçirilməsində Institutun bir başa iştirakı olmuşdur.

Dövlət Proqramlarının həyata keçirilməsi çərçivəsində Institutun mütəxəssisləri tərəfindən Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə buxtaya axan çirkab suların qarşısının alınması üçün tövsiyələr verilmişdir.

Ölkə miqyaslı layihələr olan “Şahdağ Qış–Yay Turizm Kompleksi” və “Ağ şəhər” layihələrində su təchizatı və tullantı suların kənarlaşdırılması problemlərinin həlli verilmişdir.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”çərçivəsində“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin iş proqramında nəzərdə tutulmuş aşağıdakı layihələr İnstitut tərəfindən işlənmişdir:

Qaradağ rayonu, Korğöz qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması,

Qaradağ rayonu AzNS qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması,

Suraxanı rayonu Zığ qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması,

Suraxanı rayonu «Dədə Qorqud» və «Bahar» yaşayış massivlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması,

Abşeron rayonu, Güzdək qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması,

Suraxanı rayonu Hövsan qəsəbəsinin və Hövsan kəndinin su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişləri ilə Azərbaycan Respublikasında Regionların su təminatı zəif olan kəndlərində su təchizatı sisteminin yaradılması istiqamətində bir çox kənd yaşayış məntəqələrində su təchizatında olan problemlər aradan qaldırılması üçün müvafiq layihə-smeta sənədləri işlənmişdir.

İsmayıllı rayonunun Kürd Eldarbəyli, Gideyli, Keyvəndi, Şəbiyan, Qarakolluq, Quşencə kəndlərinin su təchizatı;

Bərdə rayonunun Hacallı kəndinin su təchizatı;

Ağsu rayonunun Çiyni kəndinin su təchizatı;

Yevlax rayonunun Malbinəsi kəndinin su təchizatı;

Zaqatala rayonunun Gözbarax, Günəşli, Muxax,  Yeni Günəşli,  Danaçı kəndlərinin su təchizatı;

Lerik rayonunun Şingədulan kəndinin su təchizatı;

Siyəzən rayonunun  Eynibulaq, Sədan kəndlərinin su təchizatı;

Şabran rayonunun Kilvar kəndinin su təchizatı;

Masallı rayonunun  24 kəndinin su təchizatı;

Yardımlı rayonunun 15 kəndinin su təchizatı;

Şəki rayonunun Bolludərə, Qaratorpaq kəndlərinin su təchizatı;

Ağcabədi rayonunun Qaradolaq,   Yeni Qaradolaq, Aran, Mehrablı, Kəbirli kəndlərinin su təchizatı;

Göyçay  rayonunun Qaraməryəm, Aşağı Qaraməryəm, Alxasava, Dövranlı, İnçə, Yekəxana,   Qarayazı kəndlərinin su təchizatı;

Quba rayonunun Yalavac kəndinin su təchizatı;

Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli, Aşağı Mülkülü, Dondar Quşçu, Yanıxpəyə kəndlərinin su təchizatı;

Xaçmaz rayonunun Şərifoba kəndinin su təchizatı;

Goygöl rayonunun Toğanalı, Çaykənd, Göyçəkənd, Yeni Zod, Mixaylovka, Hacıkənd və Aşıqlı kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması;

Qusar –Quba kanalizasiya kollektorunun tikintisi.

Salyan rayonunun Xıdırlı kəndinin su təchizatı,

Oğuz rayonunun bir sıra kəndlərinin su təchizatı,

Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı,

Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin su təchizatı,

Balakən rayonunun Sarıbulaq kəndinin su təchizatı,

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq İnstitut “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rayon mərkəzləri və onlara yaxın kəndlərlə yanaşı cəbhə bölgəsində yerləşən və sudan daha çox əziyyət çəkən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr hazırlayır.

Buna misal olaraq, İnstitut tərəfindən Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin içməli su probleminin birdəfəlik həlli məqsədilə həyata keçirilən layihə işlənmiş və onun icrası uğurla başa  çatdırılmışdır.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin su təchizatı sisteminin yaradılması layihəsinəəsasən istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığından keçən Ballıqaya-Goranboy  magistral su xətti seçilmişdir. Buradan Tap Qaraqoyunlu kəndinə  14  km uzunluğunda magistral su xətti çəkilmişdir. Kənd əhalisini fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilmişdir, müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılmış və 800 ünvana birləşmə verilmişdir. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunmuşdur.

Qeyd edək ki, indiyə qədər yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyundan və  bir ədəd artezian quyusundan daşınma yolu ilə istifadə edirdi.

Bundan əlavə cəbhə bölgəsində yerləşən və sudan daha çox əziyyət çəkən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlənmiş layihələrdən aşağıdakıları göstərmək olar:

Füzuli rayonunun Alxanlı kəndinin su təchizatı;

Ağdam rayonunun Kolqışlaq, Şükürağalı, Mirəşelli kəndlərinin su təchizatı;

Tərtər rayonunun Qapanlı, Qazyan kəndlərinin su təchizatı.