XƏBƏRLƏR

“Hövsan Aerasiya” stansiyası ərazisində yeni yaradılmış “Təlim və İnnovasiyalar Mərkəzi” nə işçi səfər.

08.05.2021
20210507_115436

Mayın 7-də “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev, baş elmi işçi Fazil Əbilov və “Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsi”nin rəisi Zahid Nağıyev “Azərsu” ASC-nin “Təlim və innovasiyalar məzkəzi”nə işçi səfər ediblər. Səfər İnstitutun yeni rəhbərinin “Hövsan Aerasiya” stansiyası ərazisində yeni yaradılmış “Təlim və İnnovasiyalar Mərkəzi” ilə tanışlıq məqsədi daşıyıb.


Ətraflı oxu

“Sukanal” ETLİ-nin əməkdaşları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tədbirində iştrirak ediblər.

06.05.2021
FAO

Mayın 5-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təşkilatçılığı ilə “Təkmilləşdirilmiş su idarəçiliyi: kənd təsərrüfatının davamlı inkişafına doğru” layihəsinin videokonfrans formatında ilkin seminarı keçirilib. Layihə Azərbaycanda su ehtiyatlarının təkmilləşdirilmiş idarə olunması, planlaşdırma və koordinasiya sahəsində milli imkanları gücləndirmək, kənd təsərrüfatında məhsuldarlığı və ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, torpaq və su ehtiyatlarının…


Ətraflı oxu

Bakı Dövlət Universitetinin tələbələri “+82 Qərb” su anbarı kompleksində.

05.05.2021
IMG-20210504-WA0027

Mayın 4-də “Azərsu” ASC  ilə Bakı Dövlət Universiteti arasında bağlanmış memoranduma əsasən “Sukanal” ETLİ-nin Hidroloji tədqiqatlar şöbəsi tərəfindən növbəti istehsalat təcrübəsi təşkil edilib. BDU-nun Geologiya fakültəsinin Hidrogeologiya mühəndisliyi ixtisası üzrə  təhsil alan bir qrup tələbə “+82 Qərb” su anbarı kompleksində istehsalat təcrübəsi keçib. Onlara su anbarının tarixi, faktiki iş rejimi, su mənbəyi kimi istifadəsi, su…


Ətraflı oxu

Qlobal Gənclər Sammiti çərçivəsində suyun keyfiyyəti haqqında seminar keçirilib.

09.04.2021
IUC-+WCC-YouthSummit-EN-Ht-Mar2021-trns

Aprelin 8-də Su üzrə Avropa Gənclər Parlamenti və Beynəlxalq Su Katibliyi Qlobal Gənclər  Sammiti çərçivəsində suyun keyfiyyəti haqqında videokonfrans formatında seminar keçirilib. Seminarda suyun keyfiyyəti üzrə bu sektorda çalışan gənc lider və mütəxəssislər tərəfindən təqdimatlar edilib və müzakirələr aparılıb. Tədbirdə “Sukabal” ETLİ-nin Hidroloji Tədqiqatlar şöbəsinin mühəndisi Ceyhunə Məmmədova iştirak edib. Qlobal Gənclər Sammiti 5-16 aprel…


Ətraflı oxu

Dünya Su Şurasının İdarə Heyətinin 73-cü iclası keçirilib.

02.04.2021
wwc-1

Aprelin 1-də Dünya Su Şurasının (DSŞ) İdarə Heyətinin videokonfrans formatında 73-cü iclası keçirilib. Tədbirdə COVID-19 pandemiyası şəraitində DSŞ-nin  əsas fəaliyyət istiqamətləri  müzakirə olunub, işçi qrupların hesabatları dinlənilib. Sonra  DSŞ-nın “Su təhlükəsizliyi ekoloji təhlükəsizliyin tərkib hissəsidir” adlı deklarasiyasının ilkin variantı təqdim edilib. Daha sonra 2022-ci ilin 21-26  mart tarixlərində keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlığın vəziyyəti…


Ətraflı oxu

Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) İdarə Heyətinin iclası keçirilib.

01.04.2021
iwra_new2

Martın 31-də  Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. IWRA-nın prezidenti Qabriel Ersteynin moderatorluğu ilə keçirilən tədbirdə 2020-ci ilin maliyyə hesabatı dinlənilib. Sonra  İşçi qruplarının fəaliyyəti müzakirə edilib, cari ilin iş planı təsdiq olunub. Daha sonra  2021-ci ilin noyabr ayında Cənubi Koreyada keçiriləcək XVII Su Konqresinə hazırlığın vəziyyəti haqqında iştirakçılara…


Ətraflı oxu

“Azərsu” ASC-nin əməkdaşları Beynəlxalq treninqdə iştirak ediblər.

30.03.2021
2

15-22 mart tarixlərində Hindistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü və Kerala şəhərindəki “Maye hərəkətinin tədqiqi”  İnstitutunun Treninq Departamentinin təşkilatçılığı ilə “Suyun nəqli və paylanması mühəndisliyi” mövzusunda videokonfrans formatında treninq keçirilib. Treninqə Doktor Kumar Anil rəhbərlik edib. Tədbirdə  “Azərsu” ASC-nin Planlaşdırma və layihə Departamentinin rəis müavini Elşad Cavadzadə, Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyev və “Sukanal” ETLİ-nin…


Ətraflı oxu

“Sukanal” ETLİ-də doktoranturaya qəbul imtahanları başa çatıb.

17.03.2021
IMG_2787

Martın 17-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda “Mühəndis-kommunikasiya sistemləri” və “Ətraf mühitin texnologiyası və mühəndisliyi” ixtisasları üzrə doktoranturaya sonuncu qəbul imtahanı keçirilib. İmtahanda  “Sukanal” ETLİ-nin direktoru Çingiz Qurbanov,  direktor müavini prof. Fərda İmanov, baş elmi işçi, t.e.d. Fazil Əbilov, Doktorantura  şöbəsinin rəisi- elmi katib c.ü.f.d., dos.  Rəşail İsmayılov və Qrunt və su tədqiqatları şöbəsinin rəisi…


Ətraflı oxu

“Sukanal” ETLİ-də 2020-2021-ci il tədris ili üçün doktoranturaya ilk qəbul imtahanı keçirilib.

12.03.2021
IMG_2755

Martın 12-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda Fəlsəfə fənni üzrə doktoranturaya ilk qəbul imtahanı keçirilib. İnstitutun direktoru Çingiz Qurbanovun sədrlik etdiyi imtahan komissiyasına “Azərsu” ASC sədrinin müşaviri kult.ü.e.d., prof. Çingiz Abdullayev, “Sukanal” ETLİ-nin direktor müavini c.e.d., prof. Fərda İmanov, “Sukanal”ETLİ-nin  Baş elmi işçisi t.e.d. Fazil Əbilov və “Sukanal”ETLİ-nin Doktorantura  şöbəsinin rəisi- elmi katib c.ü.f.d., dos. …


Ətraflı oxu

Azərbaycanın içməli su Standartının yenilənməsinə həsr olunmuş tədbir keçirilib.

11.03.2021
11.03.2021_13.04.47_REC

Martın 11-də Azərbaycan Respublikasının Dövlət Sanitariya-Epidemioloji Xidmətinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatı nümayəndələrinin iştirakı ilə Azərbaycanda içməli su Standartının yenilənməsinə həsr olunmuş videokonfrans formatında görüş keçirilib. Görüşdə işçi qrupun tərkibi, planlaşdırılan fəaliyyətin əsas istiqamətləri və görüləcək işlərin yerinə yetirilmə qrafiki müzakirə edilib. Tədbirdə “Azərsu” ASC-nin “Sukanal” ETLİ-nin direktor müavini  Fərda İmanov iştirak edib.  


Ətraflı oxu