Qlobal Gənclər Sammiti çərçivəsində suyun keyfiyyəti haqqında seminar keçirilib.

Aprelin 8-də Su üzrə Avropa Gənclər Parlamenti və Beynəlxalq Su Katibliyi Qlobal Gənclər  Sammiti çərçivəsində suyun keyfiyyəti haqqında videokonfrans formatında seminar keçirilib.

Seminarda suyun keyfiyyəti üzrə bu sektorda çalışan gənc lider və mütəxəssislər tərəfindən təqdimatlar edilib və müzakirələr aparılıb.

Tədbirdə “Sukabal” ETLİ-nin Hidroloji Tədqiqatlar şöbəsinin mühəndisi Ceyhunə Məmmədova iştirak edib.

Qlobal Gənclər Sammiti 5-16 aprel tarixində həyata keçirilir. Sammit çərçivəsində təşkil olunan digər tədbirlərdə  iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Tədbirdə iştirak ödənişsizdir.

https://whova.com/portal/registration/igys_202010/