Bakı Dövlət Universitetinin tələbələri “+82 Qərb” su anbarı kompleksində.

05.05.2021

Mayın 4-də “Azərsu” ASC  ilə Bakı Dövlət Universiteti arasında bağlanmış memoranduma əsasən “Sukanal” ETLİ-nin Hidroloji tədqiqatlar şöbəsi tərəfindən növbəti istehsalat təcrübəsi təşkil edilib.

BDU-nun Geologiya fakültəsinin Hidrogeologiya mühəndisliyi ixtisası üzrə  təhsil alan bir qrup tələbə “+82 Qərb” su anbarı kompleksində istehsalat təcrübəsi keçib. Onlara su anbarının tarixi, faktiki iş rejimi, su mənbəyi kimi istifadəsi, su təchizatında rolu və s. barədə dolğun  məlumat verilib.

İstehsalat təcrübəsinə Hidroloji tədqiqatlar şöbəsinin mühəndisi Cavid Rəhmanlı rəhbərlik edib.