“Azərbaycanın içməli su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

05.12.2022

3-minAzərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev” ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli sərəncamına uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə 11 may 2023-cü ildə “Azərbaycanın içməli su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

KONFRANSIN BÖLMƏLƏRI:

TƏQDİM OLUNAN MƏQALƏLƏRİN TƏRTİBATINA DAİR QOYULAN TƏLƏBLƏR:

Məqalə həcmi 5 səhifədən az olmamaqla  (cədvəl və şəkillər daxil olmaqla) Microsoft WORD proqramında (versiya 2003-2016) Arial, 12 ölçülü şriftlə, 1.15 interval və 1.25 sm abzas buraxılışı ilə A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır:

Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin üstündə verilməlidir. Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2).  Düsturlar mətndə  Equation Editorla göstərilir. Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir. Mətndə ədəbiyyata istinad mötərizədə müəllif göstərilməklə verilir. Ədəbiyyat siyahısı əlifba sırası ilə 12 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.

Qeyd: Məqalələr 5 mart 2023-cü ilə qədər qəbul edilir.

Ünvan: Məqalələr elektron şəkildə redaksiyaya – “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna (AZ1012, Bakı, Azərbaycan, Moskva prospekti, 73)  təqdim edilməlidir.

Qeyd: Əgər məqalə Azərbaycan dilində təqdim olunarsa, Rus və İngilis dillərində, Rus dilində təqdim olunarsa, Azərbaycan və İngilis dillərində xülasə əlavə olunmalıdır.

Məsul şəxs:

Pərvanə Xıdırova

E-mail: pervane.xidirova@azersu.az

Əlaqə telefonları: (+99412) 430-08-35 (daxili 27 43)